eherrac.gov.az portalı pilot rejimdə fəaliyyət göstərir.

Elektron Hərrac Şərtləri:

  1. Elektron hərracda iştirak etmək üçün ilk öncə mütləq Asan Login vasitəsilə sistemə giriş etmək lazımdır.
  2. Elektron hərrac prosesində 2 ödəniş tələb oluna bilər:
  • Deposit (beh)
  • İştirak haqqı
  1. Hər bir şəxs tələb olunan ödəniş və ya ödənişləri etdikdən sonra elektron hərracda iştirak etmək hüququ qazanır.
  2.  Elektron hərraclar sistemdə baş tutacağı gündən 30 gün əvvəl dərc olunur (yalnız bu zaman ərzində elektron hərraca qoşulmaq mümkündür).
  3. Elektron hərrac başladıqdan sonra iştirakçılar qalib olmaq üçün təkliflər etməlidir (iştirakçı son təklifin ona aid olduğu halda ardıcıl təklif irəli sürə bilməz).
  4. Təklif intervalı (hərrac addımı) elektron hərraca çıxarılmış məhsulun ilkin satış qiymətinin 0-3% aralığında (ipotekaya aid işlər üzrə), digər hallarda sərbəstdir.
  5. Son təklifi edən iştirakçı avtomatik olaraq qalib elan olunur.
  6. Qalib iştirakçı haqqında sistem tərəfindən protokol tərtib olunur.

Qeyd: iştirakçılar yuxarıda qeyd olunmuş prosedurlar haqqında sistem tərəfindən SMS vasitəsilə məlumatlandırılır. 

 

Canli Hərrac Qaydaları

Məhkəmə qərarlarının icrası ilə keçirilən hərraclara aşağıdakılar daxildir.

  1. Fiziki şəxslər öz şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər isə etibarnamə əsasındahərraclar üzrə qeydiyyatdan keçə bilərlər.
  2. Məhkəmə qərarlarının icrası ilə əlaqədar daşınar və daşınmaz əmlakların hərraclarında iştirakçı olmaq üçün (ipoteka, aliment, borc tələbi, pay bölgüsü, həmçinin fiziki və hüquqi şəxslərin ərizə və sifarişləri əsasında) əmlakın ilkin satış qiymətinin 5%-i məbləğində deposit (beh) hesablanıb ödənilməlidir.
  3. Hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Hərracda iştirak etmək istəyən ipoteka saxlayan deposit(beh) ödəməkdən azaddır.
  4. Hərrac addımı hər lot üzrə ipoteka predmetində satış qiymətinin 3 faizindən artıq olmamaqla,  digər hallarda sərbəstdir. 
  5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır.
  6. Hərracda iştirak edən, lakin qalib olmayan şəxslərin depositi (beh) 7 (yeddi) təqvim günü müddətində hesablarına geri qaytarılır.
  7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra əmlakın dəyərini ən geci 7 (yeddi) təqvim günü ərzində moderatorun müəyyən etdiyi hesaba ödəməlidir.
  8. Hərracı udmuş, lakin Qanunda müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin depositi (beh) geri qaytarılmır.
  9. Fiziki və hüquqi şəxslərin ərizə və sifarişləri əsasında hərracları təşkil olunan əmlakların satışı üzrə 2% məbləğində xidmət haqqı ödənilməlidir.
  10. Sifarişçinin şəxsi ərizəsi əsasında həyata keçirilən hərracların tarixi sifarişçinin istəyinə uyğun olaraq təyin olunur.

 

Əmanətlərin Sığortalanması Fondunun sifarişlərinin icrası ilə hərraclara aşağıdakılar daxildir.

  1. Fiziki şəxslər öz şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər isə etibarnamə əsasında  hərraclar üzrə qeydiyyatdan keçə bilərlər.
  2. Əmanətlərin Sığortalanması Fondunun sifarişinin icrası ilə əlaqədar daşınar və daşınmaz əmlakların hərracında iştirakçı olmaq üçün deposit(beh) məbləği əmlakın ilkin satış qiymətinin 5 faizi həcmində və əmlakın ilkin satış qiymətinin 2% həcmində iştirak haqqı hesablanıb ödənilməlidir. (qeyd: əmlakın satış qiyməti 250 000 manat və 250 000 manatdan yuxarı olduqda iştirak haqqı 5000 manat qəbul edilir, 250 000 manatdan aşağı olduqda 2% hesablanır)
  3. Hərrac addımı hər lot üzrə hərraca çıxarılmış məhsulun ilkin satış qiymətinin 1%-i həcmindədir.
  4. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır.
  5. Hərracda iştirak edən, lakin hərracın qalibi olmayan şəxslərin deposit (beh) məbləği 5 (bank) günü ərzində hesablarına geri qaytarılır.
  6. Hərracda iştirak edən, qalib olmayan və ya qalib olmuş şəxslərin iştirak haqqı geri qaytarılmır.
  7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra əmlak dəyərini ən geci 5 (beş) təqvim günü ərzində moderatorun müəyyən etdiyi hesaba ödəməlidir.
  8. Hərracı udmuş, lakin müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin depositi və iştirak haqqı geri qaytarılmır.
  9. Hərrac baş tutmadıqda yalnız deposit (beh) məbləği geri qaytarılır.


 

Elektron Hərrac Qaydaları

Məhkəmə qərarlarının icrası ilə keçirilən hərraclara aşağıdakılar daxildir.

  1. Elektron hərracda iştirak etmək istəyən hər bir şəxs ilk növbədə Asan Login vasitəsilə sistemə daxil olmalıdır.
  2. Məhkəmə qərarlarının icrası ilə əlaqədar daşınar və daşınmaz əmlakların elektron hərraclarında iştirakçı olmaq üçün (ipoteka, aliment, borc tələbi, pay bölgüsü, həmçinin fiziki və hüquqi şəxslərin ərizə və sifarişləri əsasında) deposit (beh) məbləği əmlakın ilkin satış qiymətinin 5%-i məbləğində avtomatik olaraq hesablanır.
  3. Elektron hərracda istənilən şəxs, o cümlədən tələbkar və cavabdeh alıcı qismində iştirak edə bilər. Elektron hərracdaalıcı qismində iştirak etmək istəyən ipoteka saxlayan deposit (beh) ödəməkdən azaddır.
  4. Elektron hərracda hərrac addımı hər lot üzrə ipoteka predmetində məhsulun ilkin satış qiymətinin 3%-dən artıq olmamaqla, digər hallarda sərbəstdir.
  5. Ən yüksək qiymət təklif etmiş şəxs elektron hərracı udmuş sayılır.
  6. Elektron hərracda iştirak edən, lakin qalib olmayan şəxslərin depositi (beh) 7 (yeddi) təqvim günü müddətində hesablarına avtomatik olaraq geri qaytarılır.
  7. Elektron hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra əmlakın dəyərini ən geci 7 (yeddi) təqvim günü ərzində sistem tərəfindən avtomatik müəyyən edilmiş hesaba ödəməlidir.
  8. Elektron hərracı udmuş, lakin Qanunda müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin depositi (beh) geri qaytarılmır.
  9. Fiziki və hüquqi şəxslərin ərizə və sifarişləri əsasında elektron hərracları təşkil olunan əmlakların satışı üzrə 2% məbləğində xidmət haqqı ödənilməlidir.

 

Əmanətlərin Sığortalanması Fondunun sifarişlərinin icrası ilə hərraclara aşağıdakılar daxildi.

  1. Elektron hərracda iştirak etmək istəyən hər bir şəxs ilk növbədə Asan Login vasitəsilə sistemə daxil olmalıdır.
  2. Əmanətlərin Sığortalanması Fondunun sifarişinin icrası ilə əlaqədar daşınar və daşınmaz əmlakların elektronhərracında iştirakçı olmaq üçün deposit məbləği əmlakın ilkin satış qiymətinin 5 %-i həcmində və əmlakın ilkin satış qiymətinin 2%-i həcmində iştirak haqqı avtomatik olaraq hesablanır. (qeyd: əmlakın satış qiyməti 250 000 manat və 250 000 manatdan yuxarı olduqda iştirak haqqı 5000 manat qəbul edilir, 250 000 manatdan aşağı olduqda 2% hesablanır)
  3. Elektron hərrac addımı hər lot üzrə hərraca çıxarılmış məhsulun ilkin satış qiymətinin 1%-i həcmindədir.
  4. Ən yüksək qiymət təklif etmiş şəxs elektron hərracı udmuş sayılır.
  5. Elektron hərracda iştirak edən, lakin hərracın qalibi olmayan şəxslərin deposit məbləği 7 (bank) günü ərzində hesablarına geri qaytarılır.
  6. Elektron hərracda iştirak edən, qalib olmayan və ya qalib olmuş şəxslərin iştirak haqqı geri qaytarılmır.
  7. Elektron hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra əmlak dəyərini ən geci 7 (yeddi) təqvim günü ərzində sistemin müəyyən etdiyi hesaba ödəməlidir.
  8. Elektron hərracı udmuş, lakin müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin depositi və iştirak haqqı geri qaytarılmır.
  9. Elektron hərrac baş tutmadıqda deposit avtomatik olaraq geri qaytarılır.



 

Partnyorlar