eherrac.gov.az portalı pilot rejimdə fəaliyyət göstərir.
NEFTİN QİYMƏTİNİN BAZARDA UCUZLAŞMASININ ƏSAS SƏBƏBİ ÇİNDƏKİ KORONAVİRUSDUR
17 Fevral 2020

"2019-cu ildə gündəlik neft hasilatının 300 min barel azaldılması ilə bağlı qərar qəbul edilib. Azərbycan da öz növbəsində buna imza atıb. Bu qərara əsasən Azərbaycanın payına 7 min barel öhdəlik düşür. 1 yanvar 2020-ci ildən isə bu qərar qüvvəyə mindi". Bunu SİA-ya açıqlamasın-da neft üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. O, neft üzrə atılan bu addımın səbəbini isə belə açıqlayıb: "Bu qərarı ona görə qəbul etdilər ki, bazarda neftin qiymətinin ədalətli çərçivədə 60 dollardan yuxarı olmamasını təmin edə bilsinlər. Bununla bağlı Azərbaycanın Energetika Nazirliyi də hesabat yaydı.

Hesabatda göstərilir ki, ölkə üzrə yanvar ayında 769 min barel neft hasil edilib. Bu Azərbaycanın üzərinə götürdüyü öhdəliyi təmin etməsi deməkdir. İkinci bir tərəfdən yanvar ayı üzrə "Brent" markalı neftin də orta qiyməti 63,8 dollar olub". İlham Şaban qeyd edib ki, hazırda "OPEK+" ölkələri neftin qiymətini tənzimləmək üçün bir sıra tədbirlər həyata keçirməyi düşünür: "Məlumat verilir ki, fevralın sonu, ən böyük ehtimalda isə mart ayının əvvəlləri onlar yenidən yığışacaqlar və bazarda neftin qiymətinin tənzimlənməsi ilə bağlı atılacaq addımları müzakirə edəcəklər. Lakin hansı addımlar atılcaq bu yönümdə ortada heç bir şey yoxdur. Çünki zaman kəsiyi "nə etmək olar?" - sualı üçün qısadır". Eyni zamanda o sözlərinə əlavə edib ki, neftin qiymətinin bazarda ucuzlaşmasının əsas səbəbi Çindəki koronavirusdur: "Bu virus Çindəki iqtisadi fəallığı aşağı salır. İqtisadi fəallıq aşağı düşdükdə isə enerjiyə olan tələbat azalır. Buna görə də neftin dünya bazarındakı dəyəri azalır. Bu virus krizi yaranandan sonra neftin qiyməti 17

faiz aşağı düşüb. Lakin statistikaya görə, 2003-cü ildəki yenə Çində yaranan epi- demiya zamanı neftin qiyməti 31 faiz aşağı düşmüşdü. İndiki təsirlə müqayisə etsək koronavirus neftin qiymətinə 2 dəfə az təsir göstərir, hələ ki". "2019-cu ildə gündəlik neft hasilatı- nın 300 min barel azaldılması ilə bağlı qərar qəbul edilib. Azərbycan da öz növbəsində buna imza atıb. Bu qərara əsa- sən Azərbaycanın payına 7 min barel öhdəlik düşür. 1 yanvar 2020-ci ildən isə bu qərar qüvvəyə mindi". Bunu S?A <http://sia.az/>-ya açıqlamasında neft üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. O, neft üzrə atılan bu addımın səbəbini isə belə açıqlayıb: "Bu qərarı ona görə qəbul etdilər ki, bazarda neftin qiymətinin ədalətli çərçivədə 60 dollardan yuxarı olmamasını təmin edə bilsinlər. Bununla bağlı Azərbaycanın Energetika Nazirliyi də hesabat yaydı. Hesabatda göstərilir ki, ölkə üzrə yanvar ayında 769 min barel neft hasil edilib. Bu Azərbaycanın üzərinə götürdüyü öhdəliyi təmin etməsi deməkdir. İkinci bir tərəfdən yanvar ayı üzrə "Brent" markalı neftin də orta qiyməti 63,8 dollar olub". İlham Şaban qeyd edib ki, hazırda "OPEK+" ölkələri neftin qiymətini tənzimləmək üçün bir sıra tədbirlər həyata keçirməyi düşünür: "Məlumat verilir ki, fevralın sonu, ən böyük ehtimalda isə mart ayının əvvəlləri onlar yenidən yığışacaqlar və bazarda neftin qiymətinin tənzimlənməsi ilə bağlı atılacaq addımları müzakirə edəcəklər. Lakin hansı addımlar atılcaq bu yönümdə ortada heç bir şey yoxdur. Çünki zaman kəsiyi "nə etmək olar?" - sualı üçün qısadır". Eyni zamanda o sözlərinə əlavə edib ki, neftin qiymətinin bazarda ucuzlaşmasının əsas səbəbi Çindəki koronavirusdur: "Bu virus Çindəki iqtisadi fəallığı aşağı salır. İqtisadi fəallıq aşağı düşdükdə isə enerjiyə olan tələbat azalır. Buna görə də neftin dünya bazarındakı dəyəri azalır. Bu virus krizi yaranandan sonra neftin qiyməti 17 faiz aşağı düşüb. Lakin statistikaya görə, 2003-cü ildəki yenə Çində yaranan epidemiya zamanı neftin qiyməti 31 faiz aşağı düşmüşdü. İndiki təsirlə müqayisə etsək koronavirus neftin qiymətinə 2 dəfə az təsir göstərir, hələ ki".

OXŞAR XƏBƏRLƏR
Partnyorlar