eherrac.gov.az portalı pilot rejimdə fəaliyyət göstərir.
  • Əsas səhifə
  • Xəbərlər
  • GLOBAL İSTİLƏŞMƏ YEM EHTİYATININ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNƏ MƏNFİ TƏSİR GÖSTƏRİR
GLOBAL İSTİLƏŞMƏ YEM EHTİYATININ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNƏ MƏNFİ TƏSİR GÖSTƏRİR
17 Fevral 2020

Ölkədə baş verən quraqlıq ilk növbədə heyvandarlıq üçün vacib olan yem ehtiyatının keyfiyyət göstəricilərinə mənfi təsir edir. Report xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova deyib. O vurğulayıb ki, quraqlıq əsasən bitkilərin inkişafına təsir edir. Bitkiçilik sahəsinə problem törədəndə də bu heyvandarlığın inkişafına mane olur: “Qlobal istiləşmə, quraqlıq faktoru ilk növbədə heyvandarlıq üçün vacib olan yem ehtiyatının keyfiyyət göstəricələrinə mənfi təsir göstərir.Mövsümə uyğun olmayan istiləşmə heyvanlar arasında yeni epidemiya və epizootiaların yayılması ehtimalını artırır. Belə ki, qansoran həşaratlar,böcəklər və meşə zərərvericiləri kütləvi şəkildə vaxtından tez oyanaraq xəstəliklərin yayılmasına səbəb olur”.

 

OXŞAR XƏBƏRLƏR
Partnyorlar