eherrac.gov.az portalı pilot rejimdə fəaliyyət göstərir.
BAZAR VƏ YARMARKALARDAN MAL ALANLARIN SAYI AZALIB
17 Fevral 2020

Azərbaycanda bazar və yarmarkalarda pərakəndə ticarət dövriyyəsi azalıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2020-ci ilin yanvar ayında istehlak məhsullarının dəyər ifadəsində 23,6 faizi ticarət müəssisələri, 49,2 faizi fərdi sahibkarlar tərəfindən, 27,2 faizi isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,1 faiz, fərdi sahibkarlar üzrə 0,8 faiz artıb. Bazar və yarmarkalarda isə pərakəndə ticarət dövriyyəsi 8,4 faiz azalıb.

 

OXŞAR XƏBƏRLƏR
Partnyorlar