eherrac.gov.az portalı pilot rejimdə fəaliyyət göstərir.
Canlı Hərrac Qaydaları

Canli Hərrac Qaydaları

Məhkəmə qərarlarının icrası ilə keçirilən hərraclara aşağıdakılar daxildir.

  1. Fiziki şəxslər öz şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər isə etibarnamə əsasındahərraclar üzrə qeydiyyatdan keçə bilərlər.
  2. Məhkəmə qərarlarının icrası ilə əlaqədar daşınar və daşınmaz əmlakların hərraclarında iştirakçı olmaq üçün (ipoteka, aliment, borc tələbi, pay bölgüsü, həmçinin fiziki və hüquqi şəxslərin ərizə və sifarişləri əsasında) əmlakın ilkin satış qiymətinin 5%-i məbləğində deposit (beh) hesablanıb ödənilməlidir.
  3. Hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Hərracda iştirak etmək istəyən ipoteka saxlayan deposit(beh) ödəməkdən azaddır.
  4. Hərrac addımı hər lot üzrə ipoteka predmetində satış qiymətinin 3 faizindən artıq olmamaqla,  digər hallarda sərbəstdir. 
  5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır.
  6. Hərracda iştirak edən, lakin qalib olmayan şəxslərin depositi (beh) 7 (yeddi) təqvim günü müddətində hesablarına geri qaytarılır.
  7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra əmlakın dəyərini ən geci 7 (yeddi) təqvim günü ərzində moderatorun müəyyən etdiyi hesaba ödəməlidir.
  8. Hərracı udmuş, lakin Qanunda müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin depositi (beh) geri qaytarılmır.
  9. Fiziki və hüquqi şəxslərin ərizə və sifarişləri əsasında hərracları təşkil olunan əmlakların satışı üzrə 2% məbləğində xidmət haqqı ödənilməlidir.
  10. Sifarişçinin şəxsi ərizəsi əsasında həyata keçirilən hərracların tarixi sifarişçinin istəyinə uyğun olaraq təyin olunur.

 

Əmanətlərin Sığortalanması Fondunun sifarişlərinin icrası ilə hərraclara aşağıdakılar daxildir.

  1. Fiziki şəxslər öz şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər isə etibarnamə əsasında  hərraclar üzrə qeydiyyatdan keçə bilərlər.
  2. Əmanətlərin Sığortalanması Fondunun sifarişinin icrası ilə əlaqədar daşınar və daşınmaz əmlakların hərracında iştirakçı olmaq üçün deposit(beh) məbləği əmlakın ilkin satış qiymətinin 5 faizi həcmində və əmlakın ilkin satış qiymətinin 2% həcmində iştirak haqqı hesablanıb ödənilməlidir. (qeyd: əmlakın satış qiyməti 250 000 manat və 250 000 manatdan yuxarı olduqda iştirak haqqı 5000 manat qəbul edilir, 250 000 manatdan aşağı olduqda 2% hesablanır)
  3. Hərrac addımı hər lot üzrə hərraca çıxarılmış məhsulun ilkin satış qiymətinin 1%-i həcmindədir.
  4. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır.
  5. Hərracda iştirak edən, lakin hərracın qalibi olmayan şəxslərin deposit (beh) məbləği 5 (bank) günü ərzində hesablarına geri qaytarılır.
  6. Hərracda iştirak edən, qalib olmayan və ya qalib olmuş şəxslərin iştirak haqqı geri qaytarılmır.
  7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra əmlak dəyərini ən geci 5 (beş) təqvim günü ərzində moderatorun müəyyən etdiyi hesaba ödəməlidir.
  8. Hərracı udmuş, lakin müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin depositi və iştirak haqqı geri qaytarılmır.
  9. Hərrac baş tutmadıqda yalnız deposit (beh) məbləği geri qaytarılır.


 

Partnyorlar